İyulun bu istisində 10 gündə 2 dəfə Azərbaycana – Bakıya getmək imkanım oldu. Ayın 10-da prezidentimiz Ərdoğanın ənənəvi ilk xarici səfərilə bağlı orada idim. İkinci gəlişim “Yeni Çağ” Medya Qrupu ilə Anadolu Yayıncılar Birliyinin birgə təşkil etdiyi Beynəlxalq Media Konfransı ilə əlaqədar idi.

Bakıdakı ilk görüşümüzü səfirimiz Erkan Özoral bəylə keçirdik. Təxminən 2 ildir Bakıda səfir olan Erkan bəyi heç bir şişirtməyə yol vermədən, sözün əsl mənasında “elçi” adlandırmaq olar. Bakıdakı səfirliyimizin qapıları Türkiyədən gəlmiş hər kəsin üzünə açıqdır. Məsələn, biz oraya gedən zaman türklərin rəhbərlik etdiyi bir beynəlxalq musiqi qrupu da orada idi. Onlar bizim üçün kiçik konsert də verdilər.

Həsənov: “Azərbaycan Ordusu Qarabağı 1 aya azad edər”

İkinci görüşümüz Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla oldu. Bir qrup jurnalist dostlarla ziyarət etdiyimiz Əli Həsənov 25 ildir bu vəzifədə çalışan çox təcrübəli dövlət adamıdır. Onunla söhbətimiz çox səmərəli keçdi.

Xülasəni belə təqdim etmək olar: Türkiyə ilə Azərbaycan yürütdükləri müstəqil xarici siyasət hər sahadə milliləşmək istəyən iki ölkə əlaqələrinin daha da güclənməsinə gətirib çıxardır.

Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olaraq, bütün beynəlxalq təşkilatlarda birgə hərəkət etmək, bir-birinin haqqını qorumaq məsələsində həmfikirdir.

Hörmətli Əli Həsənova yaxından izləməyə çalışdığım Qarabağ problemilə bağlı sual verdim. Dedi ki, “Azərbaycan Milli Ordusu öz imkanları ilə Qarabağı 1 ay müddətinə azad etmək gücünə və potensiyalına malikdir. Ancaq biz beynəlxalq səviyyədə aparılan diplomatik fəalliyətə əhəmiyyət verir, prosessləri izləyirik. Diplomatiyanın dalana dirənəcəyi, bununla da gücümüzdən istifadə etməyə məcbur olacağımız gün, ordumuz torpaqlarımızı 1 aya azad edər, Ermənistanın işğalına 1 ayda son qoyar”.

Bir millət, iki dövlət ideyası olğunlaşarkən

Türkiyə-Azərbaycan münasibətləri son dövrdə ən yüksək səviyyəyə qalxıb. Bu, özünü həm iqtisadi, həm siyasi sahədə göstərir. Məsələn, 15 iyul çevriliş cəhdi zamanı prezidentimizə ilk zəng edən dövlət başçısı hörmətli İlham Əliyev olub.

Demək, yalnız ictimai birlik qalır. Yəni, daha sıx gediş-gəliş, iki ölkə mediası tərəfindən keçmişə aid mənfi emosiyaların təm aradan qaldırılması və s.

Fikrimcə, 2009-cu il dönüş ili idi. O zaman Türkiyə ilə Ermənistan arasında aparılan bəzi müzakirə və danışıqlar istər Azərbaycanda, istərsə də Türkiyədə başqa cür yozulmuşdu. Guya Türkiyə öz prinsiplərindən vaz keçirdi. O dövrdə həm Azərbaycanda, həm Türkiyədə müəyyən dairələr guya Azərbaycanın yalnız qaldığı fikrini yaratmağa çalışırdı. Lakin elə həmin vaxt dövrün baş naziri Ərdoğan Bakıya səfər etdi. Səfərdə iştirak edən jurnalistlər arasında mən də var idim. O zaman Ərdoğan Azərbaycan Milli Məclisində çox vacib, tarixi bir çıxış etdi.

Çıxış bitərkən Azərbaycanın bütün millət vəkilləri onu ayaq üstə alqışlayırdı.

Həmin çıxışında Ərdoğan məsələn, bunu demişdi: “Bizim dilimiz, əqidəmiz, adətlərimiz, mədəniyyət və inanclarımız birdir. Biz tarix boyu eyni nağıllara qulaq asmış, eyni bayatılarla böyümüş, eyni musiqi ilə, eyni ritmlərlə təsirlənmiş, eyni oyunlar oynamışıq, eyni cür əylənmişik. Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatükün 1920-ci ildə bolşeviklərin əlinə düşən zaman dediyi kimi, “Azərbaycanın kədəri kədərimiz, sevinci secincimizdir”. Azərbaycanın banisi Məmməd Əmin Rəsulzadənin məzarı da Ankaradadır.

Mən də bu qardaşlıq duyğusunu böyük Azərbaycan şairlərin sözlərilə ifadə etmək istəyirəm. Görün, mərhum Bəxtiyar Vahabzadə nə gözəl deyib: “Dinimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə, Bir millətik, iki dövlət, Eyni arzu, eyni niyyət””.

Çıxışında Ərdoğan Azərbaycanda Türkiyə əleyhinə yaranmış münasibətə də toxunmuş, xüsusilə Ermənistanla sərhədin açılıb-açılmayacağına dair mübahisələrə son nöqtəni qoymuşdu: “Türkiyə-Ermənistan sərhədi nə zaman bağlanıb? Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunduqda. Odur ki, sərhədlər yalnız bu problemin həllindən sonra açıla bilər. Biz bu məsələdə azərbaycanlı qardaşlarımızla razılığa gəlmədən addımı atmarıq”.

Parazitlər təmizləndikdə münasibətlər düzəlir, FETÖ də təmizlənir

O gündən 2 ölkə arasındakı parazitlər bir-bir sıradan çıxmağa başlayıb. Lakin həmin dövrdə FETÖ istər Türkiyədə, istərsə də Azərbaycanda çox güclü idi. Odur ki, iyulun 15-də millətin çevriliş cəhdinə müqaviməti yalnız Türkiyəni deyil, həm də Azərbaycanı böyük bəladan xilas edib. O vaxtdan, FETÖ-dən təmizləmə Azərbaycanda da ən yüksək səviyyədə davam edir.

Bu gün Azərbaycanla Türkiyənin siyasi və iqtisadi birliyinə ictimai birlik də əlavə olunmaqdadır. Bunun üçün Türkiyənin imkanı çatan insanlarını Azərbaycana dəvət edirəm. İstəyirəm ki, onlar Bakını, Gəncəni görsün, bu ölkənin tarixi, turistik yerlərini ziyarət etsin.

Eyni zamanda, azərbaycanlıları da Türkiyəyə çağırıram.

Gələcəyimiz ictimai birliyimizdədir.

Bakıdan hələlik bu qədər…

Salamat qalın…

Müəllif: Hasan Öztürk

Mənbə: Yeni Şafak

(Türk dilindən tərcümə  – WorldMedia.Az)