Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıblar.

Trend-in məlumatına görə, razılaşmanın imzalanması barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

Baş nazir bildirib ki, razılaşmaya əsasən, 90 gün ərzində PYD və YPG dəstələri Suriyanın Menbiç şəhərindən çıxarılır.

Baş nazir əlavə edib ki, əgər PYD və YPG terrorçuları Menbiçi tərk etməsələr, Türkiyə Afrində olduğu kimi bu şəhərdə də hərbi əməliyyatlara başlayacaq.