Müğənni Türkan Vəlizadə müalicəsini evində davam etdirir.

Müğənni başına gələn dəhşətli qəza barədə danışıb. Türkan onu spirtli içki qəbul edərək maşın idarə etməkdə ittiham edənlərə cavab verib. Daha sonra o, duet ortağı Pərviz Bülbülə ilə aralarındakı soyuq münasibətə aydınlıq gətirib.

“Həmin gün biz studiyaya gedirdik. Yağış başlamışdı.Sonra bu hadisə baş verdi. Mən içki içən insan deyiləm. Maşını Zeynəb xanım idarə edirdi. O da namaz qılan xanımdır. Pərviz dəfələrlə mənim yanıma gəlib. Palataya girəndə dedi ki, Türkan səni bu cür qəbul edə bilmirəm. Belə sənin üzünə baxa bilmirəm. Yanıma tez-tez gəlsə, deyəcəklər nəsə var. Gəlməyəndə də deyirlər ki, nəzarət eləmir”.

Xatırladaq ki, Türkan Vəlizadə və Zeynəb Həsəni iyun ayının 1-dən 2-nə keçən gecə qəzaya düşüblər. Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib.