Türkiyə qırıcıları Aqatonissi adasına səfəri zamanı Yunanıstan Baş naziri Aleksis Çiprasın olduğu helikopteri izləyib.

Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Baş nazir açıqlamasında Türkiyə qırıcılarının Yunanıstanın hava məkanını pozaraq Aqatonissi adasına səfəri zamanı onu “müşayiət etdiklərini” deyib.

Yunanıstan Baş naziri Aleksis Çiprasın olduğu helikopterin türk qırıcılar tərəfindən izlənildiyi ilə bağlı yunan tərəfinin səsləndirdiyi iddialar yalandır.

Bu barədə “Anadolu” agentliyi Türkiyə rəsmi dairələrinə istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Yunanıstan baş nazirinin helikopterini izləməyib.