“Türk Hava Yolları” aviaşirkəti İstanbulda inşa edilən yeni hava limanından ilk ölkədaxili uçuşu Ankaraya, ilk ölkə xaricinə uçuşları isə Azərbaycan və Şimali Kipr Türkiyə Cümhuriyyətinə həyata keçirəcək.

Minval.İnfo Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Türk Hava Yolları”nın Baş direktoru Bilal Ekşi bildirib.

Şirkətin yeni hava limanına daşınması bu il oktyabrın 31-də saat 02:00-də başlanacaq.