Turizm hər bir ölkə üçün həyati əhəmiyyətə malikdir.

Dünyada bir çox ölkənin gəlirinin böyük hissəsini turizmdən gələn gəlirlər təşkil edir. Son illərə baxsaq turizm  sahəsindən əldə olunan gəlirin fantastik rəqəmlərə çatdığını deyə bilərik. Misal üçün 1950-ci ildə turizmdən əldə olunan gəlir 2 milyard dollar idisə 2017-ci ildə bu rəqəm 1.26 trilyon dollara çatıb.

Minval.İnfo bu məqalədə turizmdən ən çox gəlir əldə edən ölkələrin adlarını açıqlayacaq.

(bütün rəqəmlər “UNWTO” yəni Beynəlxalq Turizm Agentliyinin açıqladığı rəqəmlərdir)

1.ABŞ

ABŞ illərdir ki, adı turizmdən ən çox pul qazanan ölkələrin başında gəlir. Şəhər həyatını sevənlər üçün bu ölkə bir nömrəli mərkəzdir. Nyu-York, Los Ancels, San Fransisko, Mayami kimi şəhərlər turist axımına uğrayır. Bu ölkənin turizmdən əldə etdiyi gəlir (2017-ci il üçün) 205.9 milyard dollar təşkil edib. Bura gələn turistlərin sayı isə 75.6 milyondur.

2.İspaniya

İspaniya son illərdə turizm sahəsini ən çox inkişaf etdirən ölkələrdən biridir. Aralıq dənizinin qumsallarından yaxşı istifadə edən ölkə (2017-ci il üçün)  60 milyard dollar gəlir əldə edib. Tarixi Barselona və Madrid şəhərlərindən başqa müasir əyləncə mərkəzlərindən İbiza da turistlərin sevimli iqamətgahlarındandır.

3.Tailand

Tailandın turizm potensialına tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir.

Bu ölkənin (2017-ci il üçün) turizm gəliri 49.9 milyard dollar olub. Ölkəyə gələn turistlərin sayı 32.6 milyon olub.

4.Çin

Çin gəzməli-görməli yerlərin çoxluğu ilə seçilir. Xüsusilə buranın qədim tarixi turistləri cəlb edir. Bu ölkənin turizmini fərqləndirən cəhətlərdən biri təkcə xarici turizmin yox, daxili turizmin də inkişaf etmiş olmasıdır.

Çinin (2017-ci il üçün) turistlərdən qazandığı gəlir 44.4 milyard dollardır. Buraya gələn turistlərin sayı 56.9 milyon olub.

5.Fransa

Fransa ölkəyə gələn turistlərin sayına görə dünyada birinci yerdədir. Buraya gələn turistlərin sayı 82.6 milyon, qazanılan gəlir isə 42.5 milyard dollardır. Fransada turizm, otelçilik, restoran işlətməçiliyi üzrə 900–dan çox təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sahədə xidmət səviyyəsi ən yüksəkdir.

6.İtaliya

İtalyadaki qədim Kolizeyi, Pisa qülləsi və digər tarixi abidələr hər il milyonlarla turisti cəlb edir. İtaliyanın bu sahədən əldə etdiyi gəlir 40.2 milyard dollar bura gələn turistlərin sayı isə 50.7 milyondur.

7.Birləşmiş Krallıq

Birləşmiş krallıq hər zaman turistlərin sevimli məkanlarından olub. Tarixi şəhərlər, London, Mançester, Qlazqo və digər şəhərlərə hər il milyonlarla turist gəlir. (2017-ci il üçün) turizmdən əldə etdiyi gəlir 39.6 milyard dollar, buraya gələn turistlərin sayı 35.8 milyon olub.

Tamerlan

Minval.İnfo