Azərbaycana gəzməyə gələn Rusiya vətəndaşı qoruq ərazisində yıxılaraq xəsarət alıb.

Minval.info report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı, 1953-cü il təvəllüdlü Elana Andreyevna Maqina qoruq ərazisində gəzinti zamanı yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.