Aktrisa Ülfət Bəşir “Ulduza sual” rubrikasının qonağı olub. 

Ülfət bir aktrisa kimi kamera önündə heç bir problem yaşamadığını, hər bir obraza girə biləcəyini bildirib. Amma özü barəsində bir o qədər də danışmağı sevmədiyini söyləyib.

Daha sonra aktrisa hələ ki, evlənməyi düşünmədiyini qeyd edib. Evlənəcəyi halda isə gələcək həyat yoldaşının aşağıdakı parametrlərdə olmasını arzulayıb:

“Bir insan zahiri görünüşcə mənim xoşuma gəlməsə, onunla münasibətə girə bilmərəm. Hündürboy, idmançı, “babyface” (uşaqsifət) olsa, yaxşı olar. Tüksüz olsun. Nifrət edirəm tüklü oğlanlara. Ən əsası mənə dözsün”.