Latviya yaxın illərdə hərbi xərclərini artıracaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Xarici İşlər naziri Edqar Rinkeviç deyib. Onun sözlərinə görə, rəsmi Riqa müdafiə xərclərini ümumdaxili məhsulun 2,5%-i miqdarına çatdıracaq.

O, bunun Latviyanın təhlükəsizlik maraqlarına cavab verdiyini bildirib.