ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

TASS xəbər verir ki, D.Tramp bu addımın İranın son həftələr ərzində nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə cavab olaraq atıldığını bildirib.

Məhdudlaşdırıcı tədbirlər həmçinin İranın Ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı da tətbiq edilir.

ABŞ Prezidentinin sözlərinə görə, yeni sanksiyalar İran rəhbərliyinin maliyyə resurslarına çıxışını bağlamağa yönəldilib: “Mənim imzaladığım fərman vasitəsi ilə tətbiq edilən sanksiyalar rəhbər və ali dini liderin, həmçinin onun aparatının və onunla bağlılığı olan şəxslərin vacib maliyyə resurslarına və dəstəklərə çıxışlarını bağlayacaq”.