ABŞ prezidenti Donald Tramp bu gün İsrailin Qolan təpələri üzərindəki suverenliyini rəsmən tanıyıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Mayk Pens bəyanat verib.

Belə ki, Tramp Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan sənəd imzalayıb.

Qeyd edək ki, Qolan təpələri Suriyanın ərazisi olsa da, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.