Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüşün əvvəlində tərəflər bir-birinin əlini sıxıb.

Görüş Sentosa adasındakı “Kapella” hotelində keçirilib.

Minval.İnfo xəbər verir ki, görüş zamanı prezident Trampın tez-tez güc nümayiş etdirməsi diqqət çəkib. Psixoloqlar Trampın sərt əl sıxmasını və Kimin çiyninə toxunmasını  özünü üstün tərəf olaraq göstərmək cəhdi kimi açıqlayıb.

ABŞ prezidenti bununla da yetinməyib, başqa vasitələrlə Şimali Koreya liderinə üstünlüyünü nümayiş etdirməyə çalışıb.

Görüşə 1.6 milyon dollar dəyərində, xüsusi zirehli  “Mercedes Mybach” ilə gələn Kimə Tramp öz qiymətli, saynan istehsal olunmuş, ağır zirehlə təchiz edilmiş avtomobilini göstərib.  Kim isə öz heyranlığını Trampa bildirib.

Tamerlan

Minval.info