Belçikanın paytaxtı Brüsseldə yığışan NATO və qruma tərəfdaş ölkələr bu gün və sabah toplantıda iştirak edəcək.

Artıq bir çox ölkənin nümayəndələri, o cümlədən, ABŞ prezidenti Donald Tramp da Brüsseldədir.

Minval.İnfo xəbər veriir ki, Tramp burada soyuq qarşılanıb. Belçikanın baş naziri yerinə onu ABŞ səfiri qarşılayıb.

Burada NATO-nun baş katibi Cens Stoltenberq ilə görüşən Tramp çox sərt açıqlamalar verib: “Almaniyanın Rusiya ilə yeni neft və qaz anlaşmaları çox təəsüfləndirici haldır. Avropa Rusiyadan qorunmağa çalışdığı halda Almaniya Rusiyaya milyonlar ödəyir. Almaniya tamamilə Rusiya tərəfindən idarə olunur. Əgər bu yaxşıdırsa, mənə deyin. Çünki mən bunu NATO üçün çox pis hesab edirəm”

Tamerlan