Hindistanın ən zəngin ailələrindən olan Gidvani ailəsinin oğlu Suraj Gıdvani Bodrumda evlənib. Toya 2 milyon dollar pul xərclənib.

Minval.info xəbər verir ki, Hindistanda beynəlxalq ticarətlə məşğul olan Gidvani ailəsinin oğlu Suraj Gıdvani, toy üçün Türkiyənin tətil cənnəti olan Bodrum seçib.

5 ulduzlu oteli tamamı ilə icarəyə götürən ailə buna görə minlərlə dollar xərcləyib. Təxminən 2 milyon dollar xərclənən toya dəvət olunan 300 qonaq Bodruma xüsusi təyyarələri ilə gəlib. Mayın 10-dan 13-dək davam edən toyda 60 işçi qonaqlara xidmət edib. Toy üçün Hindistandan xüsusi aşpazlar gətirilib.

 

Suraj və Bhavna Gidvani cütlüyünün toyu 3 gün davam edib. İlk gün toy Avropa üslubuna, digər günlər isə Hindistan ənənəsinə uyğun aparılıb.

Qonaqların əşyalarının daşınması üçün 3 yük maşını, hava limanından otelə və şəhər daxilində gəzinti üçün isə 50 VIP avtomobil icarəyə götürülüb.

Minval.info