Toy karvanında “avtoşluq” edən sürücülər saxlanıldıAvqustun 6-da Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərinin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, “Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə, dörd avtomobil müəyyən olunmaqla xətanın xüsusatları idarədə araşdırılıb, toplanan materiallar Binəqədi rayon məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1994-cü il təvəllüdlü, Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, “VAZ 21-06” markalı, 10 LA 821 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəhimli Rəhim Yusif oğlu, 1996-cü il təvəllüdlü, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, “VAZ 21-06” markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Nəbiyev Vüsal Eldar oğlu və 1989-cu il təvəllüdlü, Beyləqan rayonunda qeydiyyatda olan, “Daewoo – Gentra” markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdövsi oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati həbs tətbiq edilib.