Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21 011”, “Daewoo Nexia” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, “Daewoo Nexia”nın sürücüsü 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu  və Mustafayeva Nailə Yolçu qızı dünyasını dəyişib.

Qəza nəticəsində Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Aysel Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, dünyasını dəyişən şəxslər toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.