Tovuzda bıçaqlanma olub.

Minval.info APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.