Tovuz şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Musa Musayev küçəsində qeydə alınan qəza zamanı 8 yaşlı yerli sakin Nərmin Yusibova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.