Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Minval.info report-a istinadən bildirir ki, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində yerləşən yeməkxanaların birinin qarşısında qeydə alınıb.

Avtoqəza nəticəsində rayon sakinləri – Rövşən Məmmədov və onun qohumu, 1996-cı il təvəllüdlü Nizaməddin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.