Bir müddət öncə xəstəliyinin metastaz verdiyini açıqlayan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) aparıcılığa başlayıb.

Axşam.az xəbər verir ki, o, “Space” TV-də yayımlanan “Hər səhər” proqramında aparıcı kimi efirə çıxıb.

Tünzalə verilişboyu tibbi maskadan istifadə edib.

“Ağzımda maska var, amma bu, həyat eşqimin sönməyi demək deyil. Bütün xəstələrə deyirəm ki, hər hansı bir maneə bizi sizdən ayıra bilməz” – Tünzalə bildirib.

Qeyd edək ki, aktrisa ötən il xərçəng xəstəliyinə yoluxub.