“Bizim qadınlar gözəldir, amma təbii olanda. O ki, orasını-burasını doldururlar balış kimi… Başının altına qoyursan, görürsən, yaxşı deyil, içini pambıqla doldurursan”.

Minval.info xəbər veriri ki, bu sözləri prodüser Tarix Əliyev “Hər şey daxil” verilişində deyibş. O, bununla yanaşı maraqlı açıqlamaları ilə yadda qalıb.

Proqramda gözəllik müsabiqələri barədə söhbət düşüb və T.Əliyev bu yarışmalarda yer tutanları, təşkilatçılığı ələ salıb:

“Vallah, bilmirəm yer tutan xanımların aqibəti necə olur. Belə şeyləri ucuzlaşdırmayaq. Sonra da gedirlər Türkiyənin tanınmayan kanallarından birinə, deyirlər, “mən Azərbaycan gözəliyəm”. Bilirsiniz, onların 500 kanalı var. Türkiyədə də deyirlə, “gör Azərbaycan gözəli belədirsə, olmayanı necədir?!” Gəlin özümüzə hörmət edək”.

Aparıcı Tarix belə yarışmaların münsiflər heyəti barədə də tənqidi fikirlərini bildirib:

“Bir bəh-bəhlə paylaşım edirlər ki, “mən orada münsifəm”. Öz sahənizlə məşğul olun. Vallah, mənə də təklif gəlir, getmirəm. Özümü orada görmürəm, ayıb olar, oturum gözəl seçim. Məni aparın rayonda qoyunlar var, “məəə” onların içərisindən ən gözəl quzunu, inək balasını seçim”.

Minval.info