Tanınmış prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu yayılıb.

Minval.İnfo xəbər verir ki, sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.

Efirə getməyən görüntülərin qəsdlə mediaya ötürüldüyü düşünülür. Tolikin davalı olduğu Sevil-Sevinc bacılarından şübhə duyulsa da, Tarix Əliyev Minval.info-ya açıqlamasında bu addımı başqa şəxslərin atdığını deyib:

“Mən işimdəyəm, indi bir verilişim bitdi, ikincisini də çəkəcəyəm. Bunu “Xəzər” televiziyasından soruşmaq lazımdır ki, o görüntülər necə çıxıb? Bunu yayan adamlar müxalifət yönümlüdürlər. Mən elə fikirləşirəm ki, onlar Orduxanı dəstəkləyirlər. Ona görə də, bu haqda heç danışmaq istəmirəm”.

Damla

Minval.info