Prodüser Tolik canlı efirdə toyların birində başına gələn maraqlı hadisədən danışıb.

Minval.info xəbər verir ki, Tarix Əliyev Rusiyada baş tutan toy məclisində dostu ilə arasında yaşanan gərginlikdən söhbət açıb.

Belə ki, Anar adlı şəxs toyda səsləndirilən musiqini dəyişdirmək istəyən prodüserin planşetini alaraq yerə çırpıb. Ardınca isə onun kürəyindən yüngül zərbə vurduğunu deyib:

“Mən də çıxıb getdim. Neyləməliydim, yıxıb özümü yerə “sən məni döydün” deməliydim? Camaatın məclisində niyə dava salmalıyam? 200-300 manat verim özümlə cangüdən gətirim “döyün onu” deyim? Polis var, sabah mən buna cavab verməliyəm”.