Azərbaycanlı tanınmış prodüser Tarix Əliyev (Tolik) müğənnilər Sevil və Sevinc Səfərova ilə bağlı maraqlı açıqlamalar verib.

Minval.info saytı oxu.az-a istinadən xəbər verir ki, Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində musiqiçilərlə söhbət edərkən əkizlərə işarə vuraraq “Xəzər” TV-də bir ailə olduqlarını deyib:

“Biz bir evin yiyəsiyik. Baxmayaraq ki, bəziləri deyirlər ki, biz kimlərinsə mitilini bayıra atmışıq. Bu “Xəzər”ə çoxları qurban olsunlar ki, onları xalqa sevdirib, tanıtdırıb, xalqa onların mələk simasını göstəriblər. Amma “Xəzər”mizin həyətindən çıxandan sonra şeytan maskaları geyinilir və ona görə də simasız olurlar. Amma “Xəzər”imiz hər zaman sevilir və xalqımızın ən sevilən kanallarından biridir. Mən də fəxr edirəm ki, hər gün “Xəzər”in efirində sizə “sabahınız xeyir olsun” və “gününüz uğurlu olsun” deyirəm”.

Tolik bir qədər sonra, verilişdə “Youtube”da saxta izləyicilər toplayan müğənnilər barədə danışılarkən də Sevil-Sevincdən söz açıb:

“Əslində mən istədim ki, bu mövzuya toxunum. Çünki gördüm ki, bu mövzudan sonra bəzi müğənnilərin şübhələri oldu ki, mən kiməsə sifariş etdirib nəsə yazdırıram. Mən buradan Sevinc-Sevilə demək istəyirəm ki, siz mənim üçün o qədər də böyük rəqib deyilsiniz ki, mən sizin üçün nəsə deyim. Mən nəsə deyəndə bax belə adınızı çəkib açıq-aşkar deyə bilərəm. Baxmayaraq ki, siz bu kanaldan gedəndə dediniz ki, öz xoşumuzla gedirik.

“Tolik, atamızın qəbri üçün biz səndən incimirik, bizə doğmasan” dediniz. Amma sonra çıxıb elə bizim kanalda da – Zaur Kamalın verilişində, orda-burda dediniz ki, Tolik bizim torbamızı… Mən müharibə aparanda çox böyük miqyaslı müğənnilərlə müharibələrim, qalmaqallarım olu, hətta məhkəməmiz olub”.

Qeyd edək ki, Tolik “Hər şey daxil” verilişinə aparıcı və layihə rəhbəri kimi gəldikdən sonra əkizlər proqramdan gedib. Bir müddət əvvəl isə onlar Zaur Kamalın aparıcısı olsuğu “5/5” verilişində “Falçı qapısı tanısaydıq, verilişdən mitilimizi bayıra atardılar?” deyərək qalmaqala səbəb olmuşdular.