Azərbaycanın tanınmış prodüserlərindən olan Tarix Əliyev Qurban bayramı ərəfəsində nümunəvi addımı ilə diqqət çəkib.

Minval.İnfo xəbər verir ki, o, qurban kəsərək süpürgəçi qadınlara paylayıb. Onun bu addımı alqışla qarşılanıb.

“Mən bunu reklam üçün etmirəm. Bilirsiniz ki, başı bəlalı dostumuz “Xəzər” telekanalına 20 qoyun göndərmişdi. Mən də həmin qoyunları nə etdiyimin hesabatını verirəm. Bu gün Xətai MKTB işçiləri hər gün səhər bizim şəhəri təmizləyən, balaları yatan zaman küçələri süpürən analarımızı, bacılarımızı təbrikə getdim. Təkcə ət yox, onlara çörək, kartof, soğan da aldım ki, 50 xanım evinə əliboş getməsin”.

Minval.İnfo