Ötən gün Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydürüb, “Xəzər” telekanalının əməkdaşlarına hücum çəkib. 

Minval.info xəbər verir ki, hadisə geniş səs-küyə səbəb olub. Hətta məsələyə prodüser Tarix Əliyev (Tolik) də münasibət bildirib.

Tolik deyib ki, belə şəxslər cəzalanmalıdır: “Hər bir vətəndaşın öz sözünü deməyə haqqı var. Bu haqqı bizə həm konstitusiyamız, həm də cənab prezident verib. Bəli, bəzi binalar var ki, onları tikənlər gah icra başçıları, gah hansısa millət vəkili, gah da məmur olur. Amma bu o demək deyil ki, evlərin sənədi olmaya, istədikləri vaxt suyu, işığı kəsələr.

Bəziləri evi bir neçə nəfər satır. Bu nədir? Bu nə danışıqdı? Cənab prezidentdən qorxmurlar bunlar? Belə hallarda işlərindən olsalar və prezidentimiz bunları görüb cəzalandırsa əla olar”.