Verilişlərdə bəzi rubrikalar var ki, mən oradan qaçıram. Bəzən evdə olanda belə deyirəm ki, deyin evdə yoxdur. 46 ilin müğənnisiyəm, buna mənim haqqım çatır.

Dərgi.az xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova “Hər şey daxil” verilişində deyib. Müğənni proqramın aparıcısı, prodüser Tarix Əliyevlə (Tolik) bağlı etiraf edib:

“Bir ara Tolikə xahiş etdim ki, gəl birlikdə işləyək. Mənə cavab vermədi. İndi əmin oldum ki, nə üçün istəmədi. Onun ciddi qayda-qanunları var. Fikirləşdi ki, mənə qadağa qoysa, soyuqluq yaranar”.