Prodüser Tarix Əliyev canlı yayımda göz yaşlarına hakim ola bilməyib.

Minval.info xəbər verir ki, “Hər şey daxil” verilişinin aparıcısı ailəsi haqda danışarkən hislərə qapılıb.

“Ola bilər, yaxşı övlad olmadım. Başqalarını acı çəkən görəndə, çox qorxuram. Anam Almaniyadadır. Deyirəm, ay Allah, səhər duraram, nəsə olar. Həyat… Müğənnilər də var, yalnız efirdə çıxıb valideynlərinə yaxşı olduğunu deyirlər. Biz hamımız bilirik ki, valideynlərimizə yaxşı olmuruq. Bu sənət bizi doğmalarımızdan, valideynlərdən ayırıb. Bir də görürsən, bayram yaddan çıxır, zəng vura bilmirəm. Gəlin, valideynlərimizin qədrini bilək, mənim də səhvlərim var”.

Ətraflı təqdim etdiyimiz videoda: