Bu gün doğum gününü qeyd edən prodüser Tolikə bahalı avtomobil hədiyyə edilib. 

Minval.info xəbər verir ki, prodüser sosial şəbəkədə ağ “Gelandewagen”ə sahib olduğunu yazıb.

Yeni avtomobilinin şəklini paylaşan Tolik “Gərək həyatında sənə dəyər verən insanlar olsun və sənin arzularını reallaşdırmağa kömək olsunlar. Allah hamının ürəyinə görə versin. Xətasız, bəlasız sürüm”, – şərhini yazıb.

Qeyd edək ki, Tolik illərdir ki, “Porshe”, markalı avtomobil sürür.

Minval.info