İndoneziyanın “CV Yosiki” laboratoriyasında dəhşətli hadisə baş verib.

“Ölkə.Az” xəbər verir ki, heyvanları yemləyən qadını timsah hovuza sürükləyərək yeyib. 44 yaşlı Dizi Tuvo adlı alim qadın yemlədiyi timsah tərəfindən diri-diri yeyilərək ölüb.

Hadisə Şimali Sulavesidə baş verib. Timsah qadını hovuza salmaq üçün iki metrlik divara dirmaşıb. Laboratoriyanın əməkdaşları Tuvonun imdadına çata bilməyiblər. 4 metr uzunluğu olan timsahın ağzında isə qadının parçaları olub. Hər gün təzə toyuq, ət və balıqla yemlənən timsahın bu günə qədər heç kəsə hücum etmədiyi məlum olub. Xilasedicilər meyitin parçalarını timsahın ağzından qurtarmaq üçün xeyli əziyyət çəkiblər. Sonra isə Merri adlı timsah iynə ilə uyuşdurulub və laboratoriyaya aparılıb.