İngiltərənin məşhur “Times” qəzeti Türkiyənin S-400 sistemlərinin alışı ilə bağlı bəyənatının NATO üzvlüyünə təhdid ola biləcəyini bildirib.

Minval.info xəbər verir ki, qəzet Türkiyənin bu addımının NATO-dakı varlığını sual altında qoyacağını qeyd edib.

İngiltərənin digər nüfuzlu qəzeti “The Daily Telegraph” isə Türkiyənin NATO-dan çıxarılması tələbi ilə çıxış edib. Qəzet Türkiyənin belə vəziyyətdə NATO-da qalmasının mümkünsüzlüyünü vurğulayıb.

Nazim Hacıyev

Minval.İnfo