Şaxtalı qış günlərində hamımız üşüyürük. Ancaq elə insanlar var ki, kələm kimi qat-qat geyinsələr də, hətta isti havalarda belə üşüyürlər.

Bəs, niyə bu qədər üşüyürük? Minval.info üşüməyin fizioloji səbəblərini barədə məlumat verir.

Qan dövranında problem var?

Əgər əlləriniz və ayaqlarınız həmişə buz kimi, bədəninizin digər hissələri isə normal temperaturdadırsa, qan dövranı düzgün işləməyə bilər. Araşdırmalara görə, siqaret, spirtli içkilər qanın bədəndə dövr etməsinə mənfi təsir göstərir.

Kifayət qədər yatırsınız?

Yuxu rejiminin pozulması və gündə sadəcə 2-3 saat yatmaq sinir sisteminə pis təsir edir və beynimizdəki bədən temperaturunu tənzimləyən mexanizmi pozur. Beləliklə, yuxusuzluq üşüməyə səbəb olur.

Tireoid müayinəsindən keçin

Davamlı üşümək el arasında zor kimi tanınan qalxanabənzər vəzin fəaliyyətinin pozulması xəstəliyinin göstəricilərindən biridir.

Dəmir çatışmazlığınız var?

Qanda dəmir miqdarının aşağı olması üşüməyin ən bariz səbəblərindən biridir. Dəmir qırmızı qan hüceyrələrinin köməyi ilə bədənin hər tərəfinə oksigen daşımağı təmin edən mineraldır. Kifayət qədər dəmir yoxdursa, qırmızı qan hüceyrələrinin fəaliyyəti pozulur və soyuqdan tir-tir əsməyinizə gətirib çıxarır.

Çox arıqsınız?

Az çəkiyə sahib olmaq dolayı yolla üşüməyə səbəb olur. Artıq çəkidən əziyyət çəkən insanları bədəndəki yağlar necə qoruyursa, arıq insanlarda da vəziyyət əksinədir.

Dəniz
Minval.İnfo