Afrində həbs olunan qadının etirafları…

Türk Silahlı Qüvvətlərinin Afrində Zeytun Budağı Əməliyyatı zamanı sağ ələ keçirdiyi PKK-lı, adı Leyla olan terroristin danışdıqları terror təşkilatının qaranlıq üzünü bir daha gözlər önünə sərib.

Minval.info xəbər verir ki, terroristlərdən biri ilə eyni evdə qalan Leyla iki gün boyunca təcavüzə məruz qalıb, düşərgədə olduğu zaman isə ona “cəsarət dərmanı” verildiyini, ölümə hazırlandığını sözlərinə əlavə edib.

Narkotik və oxşar dərmanlar vasitəsilə ölümə hazırlanıb.

Ailəsi ilə birgə yaşadığı halda silah gücü ilə təşkilata qatılmağa məcbur edilən Leyla ifadəsində “Düşərgəyə apardılar, burada 45 gün ideologiya və silah təlimləri aldıq. Məşqlərin ikinci həftəsindən etibarən bizlərə narkotik və oxşar dərmanlar verməyə başladılar. Sözlərinə görə, həmin dərmanlar bizə özümüzü daha yaxşı hiss etməyə kömək edəcəkdi. Dərmanları qəbul etdiyimiz zaman qorxusuz olurduq və düşərgəyə qatılan hər kəsə o dərmanlar paylanılırdı. Silah təlimləri ilə yanaşı bizə həm də özümüzü necə partladacağımızı öyrədirdilər” sözlərini deyib.

Terror təşkilatı üzvlərindən birinin evinə narkotik almağa gedən Leyla maddə istifadəsi zamanı huşunu itirib, oyandığı zaman isə çılpaq olduğunu görüb, onun sözlərinə görə həmin gecə evdəki digər kişilər də ona təcavüz ediblər.

Bunu niyə etdiklərini soruşanda ona verdikləri təlim qarşılığında aralarına qatılan bütün qadınlarla yatdığını deyiblər.

Minval.info