Müğənni Tacir Şahmalıoğlunun “5/5” verilişində aşıq Telli Borçalı haqda dediyi sözlər müzakirələrə səbəb olub.

Aparıcı Zaur Kamal sənətçiyə həkim paltarı geyindirib və böyük ekranda müğənnilərin fotolarını göstərərək, ona “Cərrah olsaydın, onun harasını kəsərdin” sualını ünvanlayıb.

Tellinin şəkli gələndə isə Tacir “Bunu verənə şükür. Bunun “kıtır-kıtır” hər yerin kəsərəm. Onu başdan-ayağa yeyərəm. Tellinin gözəlliyi odur ki, elə özüdür də” cavabını verib.

Şahmalıoğlunun bu sözlərinə studiyada olan hamı gülüb.(moderator.az)