Bundan 12 ay öncə BBC kanalının canlı yayımı zamanı çox maraqlı bir hadisə baş verib.

Belə ki, sözü gedən kanalın əməkdaşı Cənubi Koreya üzrə ekspert Robert E Kelli ilə canlı bağlantı zamanı ekspertin uşaqları otağa daxil olmuş və bu gülməli görüntünün yaranmasına səbəb olmuşdular.

Bu görüntüdən sonra bir çox proqrama dəvət olunan ailə məhurlaşdı.

Hətta bir çox məşhur paltar brendləri videodakı balaca qız Mariyon Kellinin paltarlarından istehsal etməyə başlayıb və böyük gəlir əldə edib.

Bu gün isə bir çox insan bu görüntünün bir illiyini sosial mediada qeyd edib.

Tamerlan Mehdi

Minval.İnfo