“Bir neçə il öncə verilişimdə Baloğlan Əşrəfov Üzeyir bəy Hacıbəylini kəskin tənqid edərək, onun “çetvert ton” deyilən hind-fars xırdalılıqlarını musiqimizdən çıxartdığını, Avropa üslubuna uyğunlaşdırdığı üçün xəyanətkar adlandırmışdı”.

Minval.info xəbər verir ki, bu sözləri teleaparıcı Elçin Əlibəyli müğənni Baloğlan Əşrəfovun onun barədə dediklərinə münasibət bildirərkən qeyd edib.

Jurnalist bildirib ki, bu məsələ o vaxt çox qınanıldı: “Mənə də zəng edib hədələdilər ki, Baloğlanla işim olmasın. Mən fikir vermədim. Kamranın verilişində mövzu tənqid idi. Mən bu məsələni qeyd edən kimi Baloğlan Əşrəfov özündən çıxdı, belə bir şeyin olmadığını dedi”.

E.Əlbəyli vurğulayıb ki, həm də Aygün Kazımovanın aparıcısı olduğu “Xoş gördük” verilişlərin arxivi, söhbətin canlı şahidləri var.

Aparıcının sözlərinə görə, buna üzdən canlı efirdə Baloğlan Əşrəfov onu təhdid və təhqir edib: “O, mənim başımı kəsəcəyini dedi və fasilə vaxtı küçə söyüşləri söydü. Mən mədəniyyətimi qoruyub heç bir cavab vermədim. Amma Üzeyir bəy Hacıbəyliyə qarşı haqsız ittihamın qarşısında susmayacağam”.

Minval.info