Tehran Bakıya görə İrəvanı atdı“Tehran İrəvanı Bakıya dəyişdi”. Bu başlıqlı məqalə Rusiyanın tanınmış portallarından birində – “pravda.ru”da dərc edilib.

Minval.İnfo “anews.az”-a istinadən xəbər verir ki, məqalədə qeyd edilir ki, İrəvanda heç cürə şokdan çıxa bilmirlər. Belə ki, 10 il bundan öncə Tehran Ermənistana dəmiryol xətti çəkmək sözü vermişdi. Lakin bu vaxta kimi heç bir iş görülməyib. Amma Bakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi çərcivəsində Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin inşaası ilə bağlı razılıq əldə edilib.

İranın İrəvandakı səfiri Səyid Kazem Səcadi erməniləri gözlərindəki çəhrayı eynəyi çıxarmağa vadar edib. Onun sözlərinə görə, Tehran Ermənistandan yol çəkmək niyyətində deyil. Ən azından öz hesabına. “Əgər İrəvan bizə sərmayədar təqdim etsə, bütün xərcləri həmin şəxs üzərinə götürsə tikintiyə razılıq verə bilərik”.

İrəvanın isə yol üçün sərmayə verməyə hazır olacaq adamı tapması isə qəliz məsələdir. Buna təqribən 200 milyon dollar lazımdır. Heç kim öz pullarını Azərbaycanla münaqişə həll edilməyənə kimi riskə atmaq istəmir. Dövlət büdcəsi isə demək olar ki, bomboşdur.

Bununla yanaşı Ermənistan şokda olduğu müddətdə Azərbaycan nəqliyyat diplomatiyası sahəsindəki təşəbbüsü ələ alıb. Bakı və Tehran Azərbaycanın cənubu ilə İranın şimalını birləşdirməkdə razılaşıblar. Bundan başqa İranın nəqliyyat naziri Abbas Əhməd Axundi deyib ki, ölkəsi Təbrizə kimi yolun çəkilməsi ilə hazırda fəaliyyət göstərən Bakı-Tibilisi-Qars xəttinə qoşula bilər.