Tbilisidə parlament binası qarşısında yenidən aksiya keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hava şəraiti kəskin pisləşdiyindən aksiya iştirakçıları bir saat gec toplanıb.

Onlar Daxili İşlər naziri Georgi Qaxarianın istefasını və iyunun 20-də saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.