Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.

Minval.İnfo azxəbər.com-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb. Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.

Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər. Bu zaman polis onların hər ikisini saxlayaraq bölməyə aparıb.

Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub.

Həmin görüntüləri təqdim edirik:

Minval.İnfo