Tanınmış jurnalist Səbuhi Məmmədli bu gecə intihara cəhd edib.

Minval.info xəbər verir ki, o, Facebook sosial şəbəkəsində bu barədə anons paylaşıb.

“Bəsdir, bəsdir, bəsdir. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək (gərginlikli) elektrik naqilləri var. Sizə reailiti-şou göstərəcəyəm. Çıxdım. Şəhərcikdən. Gəlin. Bəlkə elə yolda başqa şou da oldu…” – jurnalist yazıb.

Buna qədər o, oxşar aşağıdakı kimi başqa bir status yazıb:

“Ölmək istəmirəm. Çox qorxurammm. Bu nə səhvlərdir, mən buraxdım…..bitsin…”.

S.Məmmədlinin iş yoldaşı Nəsimi Nəbizadə isə FB səhifəsində onun hazırda Musa Nağıyev adına klinikada, reanimasiyada olduğunu, yanına heç kəsin buraxılmadığını yazıb.

Jurnalistin digər həmkarları da onun səhhətində müəyyən problemlər (yüksək qan təzyiqi, şəkər) olduğunu, son vaxtlar depressiyaya düşdüyünü qeyd ediblər.