Tanınmış jurnalist hamilə xanımını döyərək xəstəxanalıq edibJurnalist Anar Gəraylı hamilə olan həyat yoldaşını döyüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə jurnalist Anar Gəraylı hamilə xanımını küçənin ortasında döyüb.

Şahidlərin sözlərinə görə o, xanımı Pərvanə Qurbanlıya mütəmadi olaraq zorakılıq tətbiq edib.

Xanıma xəstəxanada beyin silkələnməsi diaqnozu qoyulub.

Jurnalistin bu hərəkəti sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.