Tanınmış neyrocərrah Hikmət Şəkərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Şəkərov “Baku Medical Plaza”nın baş həkim müavini vəzifəsində çalışırdı.