“Taliban” Əfqanıstanda otelə hücum edib, ölənlər varƏfqanıstanda “Taliban” silahlıları otelə hücum ediblər.

APA-nın “TOLO News” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum zamanı 3 nəfər təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər yaralanıb.

Əfqanıstanın Badqis vilayətində yerləşən otel binasını ələ keçirən terrorçularla polis qüvvələri arasında atışma gedir.

İlkin məlumatlara görə, binanı mühasirəyə alan təhlükəsizlik qüvvələri silahlılardan ikisinin öldürüldüyünü açıqlayıb.