Təyyarə qəzasında ölən Emiliano Salanın hadisədən öncə karbonmonoksit qazından zəhərləndiyi üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hadisəni araşdıran İngiltərə Hava Qəzaları İstintaq Təşkilatı yayıb.

Məlumata görə, onun qanında 58 faiz karbonmonoksit qazı tapılıb. Bildirilir ki, bu qazdan zəhərlənənlər huşunu itirir, özünü idarə edə bilmirlər. Cəsədi hələ də tapılmayan pilot David İbbotsonun da böyük ehtimalla eyni üsulla zəhərləndiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı argentinalı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb.