Rusiya İstintaq Komitəsi Krımdakı Kerç şəhərində baş verən kütləvi qətliamla bağlı açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, əvvəlcə Kerç kollecinin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb.

Onun partlayıcı qurğunu da hazırladığı ehtimal olunur. Terror aktı zamanı ümumilikdə, 18 nəfər ölüb, 50 nəfər yaralanıb. Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.