Təhsil naziri ADNA qurbanlarını andıTəhsil naziri Ceyhun Bayramov ADNA-da baş verən terrorun qurbanlarının xatirəsini anıb.

Minval.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial  şəbəkədə məlumat paylaşıb.

Nazir 10 il əvvəl törədilmiş terror hadisəsi zamanı dünyasını dəyişənlərə rəhmət diləyib və ailə üzvlərinə başsağlığı verib: “Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir”.