Image result for Təbriz bazar yanğın

Təbrizin tarixi bazarını ciddi təhlükə gözləyir. Bazarın ətrafı əvvəllər yaşayış sahəsi olsa da, indi iş yerlərinin anbarlarına çevrilib.

Axar.az xəbər verir ki, bu sözləri İran Mədəni Abidələrinin Mühafizəsi İdarəsinin rəhbəri Mərtəzi Abdar deyib.

O bildirib ki, anbarlara müxtəlif tezalışan maddələrin yığılması bazarda daha böyük təhlükə doğurur və aidiyyəti qurumlar məsələni dərhal nəzarətə götürməlidir:

“Yanğının bazara vurduğu maddi ziyan ilkin hesablamalara görə, 20 milyard tüməndir və bu məbləğin artacağı istisna deyil. Bu tarixi abidənin tezliklə bərpa edilməsi üçün dövlətin yardımına ehtiyacı var. Onu da vurğulamaq lazımdır ki, abidə bərpa olunsa belə, təmizlənmə mərhələsi çətindir. Məsləhətdir ki, prosesi sürətləndirmək üçün iş podratçıya verilsin”.