Bakı şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisindəki tikililərin sənədli olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Minval.info bildirir ki, İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasında yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu evlər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

“Lakin yamacdakı tikililərin sahibləri və bu evləri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır”.

Məlumat üçün bildirək ki, Badamdar sürüşmə zonasında əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb.