Bakı-Ələt-Qazax-gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində yolun xətlənməsi işləri aparılacaq.

Minval.info-nun məlumata görə, görülən işlərin bu gün və sabah səhər saatlarından axşamadək davam edəcəyi bildirilir.

Bu üzdən sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri tövsiyə olunur.