Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.

Minval.info baku.ws-istindən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:

“Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq”.

N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.